Azərbaycan Basketbol Liqasının dördqat qalibi “Sabah” komandasının yeni baş məşqçisi Lazar Spasiç bu təyinatına münasibət bildirib.
Arena.az xəbər verir ki, serbiyalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Sabah” kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir. Gələcəkdə birgə yaxşı nəticələr qazanmaq üçün əlimdən gələni edəcəyəm. Mənim əsas məqsədim Avropada tanınan sistem qurmaqdır. Birlikdə böyük işlər görəcəyimizə inanıram”.
Xatırladaq ki, 33 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Spasiçin məşqçilər korpusuna Anatoli Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.
Lazar Spasiç “Sabah”ın baş məşqçi postunda bir neçə gün öncə öz istəyi ilə vəzifəsindən ayrılmış litvalı Rimas Kurtinaytisi əvəz edib.


