Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turunda “Zirə”ni 3:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yubiley qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, komandanın Premyer Liqada 30-cu ev qələbəsi olub.
Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda “30”a çatıb. Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.
“Araz” ilk ev qələbəsini 2000/2001-ci illər mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba “Şahdağ”ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gəlmiş 26-cı komanda kimi düşüb.
Naxçıvan təmsilçisi Premyer Liqanın 2025/2026-cı illər mövsümünü 46 xalla 6-cı pillədə başa vurub. Komanda 33 oyunda 13 qələbə qazanıb, 7 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.


