Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Belarus və Suriya milli komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Arena.az bu barədə Belarus mətbuatına istinadən xəbər verir.
Belə ki, təcrübəli referinin rəhbərlik etdiyi hakimlər briqadası yeni beynəlxalq təyinat alıb. Əliyev Ağayev Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək yoxlama oyununda baş hakim olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Yerli hakim İqor Şumilov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Belarus və Suriya yığmaları arasındakı yoxlama görüşü iyunun 5-də Minskdə şəhərində təşkil ediləcək.


