Raul Albiol “Piza”nı tərk etdi

Futbol üzrə İspaniya milli komandasının keçmiş mərkəz müdafiəçisi, 40 yaşlı Raul Albiol İtaliyanın “Piza” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu sözügedən klubu azad agent kimi tərk edib.

Xatırldaq ki, Albiol “Piza”ya ötən ilin sentyabr ayında qoşulmuşdu. Veteran müdafiəçi “Piza” üçün meydana çıxıdığı 9 oyunda 1 məhsuldar ötürmə verib.

Raul Albiol daha əvvəl ölkəsində “Real” (118 oyun, 2 qol, 1 asist), “Xetafe” (17 oyun, 1 qol), “Valensiya” (179 oyun, 8 qol, 1 asist) və “Vilyarreal” (201 oyun, 4 qol, 1 assist) kimi klubların da formasını geyinib. Təcrübəli müdafiəçi İtaliyada “Napoli”nin də uğurları üçün çalışıb – 236 oyun, 6 qol və 9 məhsuldar ötürmə.

Raul İspaniya millisində də forma geyinib. O, yığmada 58 oyun keçirib. Albiol İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: