Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Belçika və Xorvatiya yığmaları arasında keçirilib.
DÇ-2026-ya hazırlaşan komandaların görüşündə belçikalılar inamlı qələbəyə seviniblər.
Gürcüstan – Rumıniya və Uels – Qana oyunlarında komandalar hərəyə 1 qolla yadda qalıblar. Mərakeş yığması Madaqaskara, Haiti millisi isə Yeni Zelandiyaya 4 cavabsız qolla qalib gəlib.
Yoxlama oyunu
2 iyun
Xorvatiya – Belçika 0:2
Gürcüstan – Rumıniya 1:1
Mərakeş – Madaqaskar 4:0
Uels – Qana 1:1
Haiti – Yeni Zelandiya 4:0


