Yoxlama oyunu: San Marino millimizlə matçdan öncə uduzdu

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Macarıstan və Finlandiya yığmaları arasında keçirilib. Üç qolluq görüş macarların qələbəsi ilə yekunlaşıb.

Dörd qolun qeydə alındığı Slovakiya – Monteneqro və Moldova – Bolqarıstan matçlarında qalib müəyyənləşməyib.

Rusiya yığması Burkina Fasoya, Gürcüstan millisi Bəhreynə qalib gəlib.

Azərbaycan millisinin iyunun 9-da yoxlama oyununda üz-üzə gələcəyi San Marino yığması isə bu gün Banqladeşlə görüşdə məğlubiyyətə üzülüb.

Yoxlama oyunu
5 iyun

Sinqapur – Çin 1:2
Honq Konq – Monqolustan 2:0
Tailand – Küveyt 2:2
İndoneziya – Oman 3:0
Tacikistan – Hindistan 3:1
Belarus – Suriya 4:1
Gürcüstan – Bəhreyn 2:0
Slovakiya – Monteneqro 2:2
Moldova – Bolqarıstan 2:2
Rusiya – Burkina Faso 3:0
San Marino – Banqladeş 1:2
Macarıstan – Finlandiya 2:1
Benin – Niger 1:1
MAR – Toqo 1:1
Anqola – Mavritaniya 1:1

Paraqvay – Nikaraqua 4:0
Puerto Riko – Səudiyyə Ərəbistanı 0:3
Kanada – İrlandiya 1:1
Haiti – Peru 1:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: