Azərbaycan millisi Bitolada Şimali Makedoniya ilə üz-üzə!

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz sonuncu oyununda Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Bitola şəhərindəki Petar Miloşevski adına stadiondanunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Teona Sturua olacaq. Ona yan xətt hakimləri Elene Eloşvili və Sopo Tsuluya kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Tamta Şengeliya yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi hazırda bu qrupda 9 xalla 2-ci pillədə qərarlaşıb. Macarıstan yığması 13 xalla qrup lideridir. Şimali Makedoniya yığmasının 6, Andorra seçməsinin 1 xalı var.

Yığmamız bu qrupda Macarıstana səfərdə 0:1, evdə 1:2 hesabı ilə uduzub. Əvəzində millimiz evdə və səfərdə Andorranı (3:1, 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib.

DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
9 iyun

21:00. Şimali Makedoniya – Azərbaycan
Hakimlər: Teona Sturua, Elene Eloşvili, Sopo Tsuluya, Tamta Şengeliya (hamısı Gürcüstan).
Bitola. Petar Miloşevski stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: