Premyer Liqa: 2025/26 mövsümünün ən yaxşı 10 qolu – Video

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ən yaxşı 10 qolunun (TOP-10) siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 10 ən yaxşı qol siyahında bu futbolçuların adları yer alıb:

  1. Dioqo Balau (“Şamaxı”) – 2-ci tur, “Şamaxı – “Sabah” 1:2
  2. Andrey Tırkovyanu (“Şamaxı”) – 4-cü tur, “Şamaxı” – “Karvan” 3:0
  3. Kahim Parris (“Sabah”) – 7-ci tur, “Karvan” – “Sabah” 0:2
  4. Leroy Mikels (“Zirə”) – 10-cu tur, “Karvan” – “Zirə” 2:3
  5. Ryonosuke Ohori (“Kəpəz”) – 15-ci tur, “Kəpəz” – “Qəbələ” 1:0
  6. Domi Massumu (“Qəbələ) – 18-ci tur, “Qəbələ” – “İmişli” 3:2
  7. Alessio Kurçi (“Neftçi) – 18-ci tur, “Araz-Naxçıvan” – “Neftçİ” 0:4
  8. Eren Aydın (“Zirə”) – 23-cü tur, “Zirə” – “Kəpəz” 2:2
  9. Nikola Ninkoviç (“Sumqayıt”) – 26-cı tur, “Sumqayıt” – “Neftçi” 1:3
  10. Xəyal Əliyev (“Sabah”) – 33-cü tur, “Turan Tovuz” – “Sabah” 1:2

Xatırladaq ki, 2025/2026-cı illər mövsümündə bütün rəqiblərindən güclü olmuş “Sabah” tarixində ilk dəfə Premyer Liqa çempionluğuna sevinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: