Yoxlama oyunu: Argentina və Rusiya yığmalarından qələbə

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Səudiyyə Ərəbistanı və Seneqal yığmaları arasında keçirilib. Bu oyun qolsuz yekunlaşıb.

Çin – Tailand və Qırğızıstan – Fələstin matçlarında da qapılara qol vurulmayıb.

Ermənistan – Moldova, Tacikistan – Hindistan və Belarus – Burkina Faso görüşlərində də qalib müəyyənləşməyib.

Macarıstan yığması Qazaxıstana, Rusiya seçməsi Trinidad və Tobaqoya, Argentina millisi İslandiyaya, Venesuela milli komandası isə İraqa qalib gəlib.

Yoxlama oyunu
9 iyun

Vanuatu – Fici 2:2
Ekvatorial Qvineya – Komor adaları 0:1
Filippin – Myanmar 5:1
Çin – Tailand 0:0
Kambociya – Honq Konq 2:0
İndoneziya – Mozambik 1:0
Qırğızıstan – Fələstin 0:0
Ermənistan – Moldova 1:1
Efiopiya – Malavi 1:1
Tacikistan – Hindistan 1:1
Konqo DR – Çili 1:2
Belarus – Burkina Faso 2:2
Anqola – Mərkəzi Afrika Respublikası 3:0
Macarıstan – Qazaxıstan 3:1
Rusiya – Trinidad və Tobaqo 3:0
Toqo – Benin 5:1
Liberiya – Syerra Leone 3:1
Səudiyyə Ərəbistanı – Seneqal 0:0
Argentina – İslandiya 3:0
İraq – Venesuela 0:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: