“Yuventus” Pirlo ilə yollarını ayırdı

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Andrea Pirlo ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

“Yuventus” A Seriyasında 2020/21 mövsümünü 4-cü sırada bitirib və UEFA Çempionlar Liqasına vəsiqəni çətinliklə təmin edib. “Qoca sinyora” yalnız İtaliya kubokunun qalibi olmaqla kifayətlənib.

İtaliya mətbuatının yazdığına görə, “Yuventus” Pirlonun əvəzində baş məşqçi postuna Massimiliano Alleqrini gətirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: