Paraqvay Prezidenti Santyaqo Penya DÇ-2026-nın 1/16 finalında Almaniya üzərindəki tarixi qələbədən sonra ölkədə 30 iyunurəsmi istirahət günü elan edib.
Arena.az xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsində paylaşım edib:
“Paraqvay heç vaxt təslim olmur. Bu gün bayram günüdür!”
Xatırladaq ki, Paraqvay milli komandası DÇ-2026-nın 1/16 finalında Almaniya ilə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış qarşılaşmada penaltilər seriyasında 4:3 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Qustavo Alfaronun rəhbərlik etdiyi yığma komanda növbəti mərhələdə Fransa – İsveç qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Fransa – İsveç matçı iyunun 30-dan iyulun 1-nə keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Paraqvaylıların bu cütün qalibi ilə 1/8 final görüşü isə iyulun 4-də Filadelfiyada (Pensilvaniya, ABŞ) təşkil ediləcək.


