15 və 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandalarının (U-15 və U-17) məşqçilər heyətində yeni təyinatlar və dəyişikliklər olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
U-15 millisinin baş məşqçisi təyin olunan Rövşən Qasımov qadınlardan ibarət əsas yığmada məşqçi kimi fəaliyyətini davam etdirəcək. Azərbaycan milli komandasının futbolçusu Manə Mollayeva onun köməkçisi, yığmanın digər üzvü Günay İsmayılova isə qapıçılar üzrə məşqçi olacaq. U-15 millisinin köməkçi məşqçisi Samirə Aşırova ilə də yollar ayrılmasına qərar verilib.
U-17-yə baş məşqçi təyin olunmuş Xanlar Əliyev həmçinin əsas millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək.
Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.


