DÇ-2026: İspaniya millisi darmadağınla 1/8 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Mundialın əsas favoritlərindən sayılan İspaniya millisi 1/8 finala vəsiqə uğrunda Avstriya yığması ilə qarşılaşıb. Los Anceles şəhərində (Kaliforniya, ABŞ) təşkil edilmiş matçda ispanlar darmadağına seviniblər. Mikel Oyarsabalın dubla imza atdığı görüşdə digər qolu Pedro Porro vurub.

İspaniyanın 1/8 finaldakı rəqibi Portuqaliya – Xorvatiya cütünün qalibi olacaq. Sözügedən matç 2 saat sonra – Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.

Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.

DÇ-2026
1/16 final
2 iyul

İspaniya – Avstriya 3:0
Qollar: Mikel Oyarsabal, 36; 89. Pedro Porro, 66.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: