Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
İsveçrə millisi 1/8 finala vəsiqə uğrunda Əlcəzair yığması ilə qarşılaşıb. Vankuver şəhərində (Kanada) təşkil edilmiş matçda İsveçrə yığması inamlı qələbəyə sevinib. Brel Embolo və Dan Ndoye fərqlənən futbolçular olublar.
İsveçrə yığmasının 1/8 finaldakı rəqibi Kolumbiya – Qana matçının qalibi olacaq.
Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya və Portuqaliya yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2026
1/16 final
3 iyul
İsveçrə – Əlcəzair 2:0
Qollar: Brel Embolo, 10. Dan Ndoye, 46.


