Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
Turnirin əsas favoritlərindən olan Argentina millisi 1/8 finala vəsiqə uğrunda Kabo Verde yığması ilə qarşılaşıb. Mayami şəhərində (Florida, ABŞ) təşkil edilmiş matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.
Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbəni təmin edib. Argentinalıların qolları Lisandro Martines (92) və Borxes Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.
Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.
Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya, Portuqaliya, İsveçrə və Misir yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2026
1/16 final
4 iyul
Argentina – Kabo Verde 3:2
Qollar: Lionel Messi, 29. Lisandro Martines, 92. Borxes Diney, 111-öz qapısına -Deroy Duarte, 59. Sidni Kabral, 103.


