Azərbaycanlı FIFA referisi Tural Qurbanov Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin oyununu idarə edəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
“Deçiç” – “Liepaya” matçı iyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
Monteneqro və Latviya təmsilçiləri arasındakı ilk oyun isə iyulun 9-da Liepayada təşkil ediləcək. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.


