Futbol üzrə Almaniya yığma komandasının da üzvü olmuş sol cinah müdafiəçisi Robin Qosens “Fiorentina”dan ayrılaraq “Şalke”yə keçib.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi 32 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. Müqaviləyə futbolçunun mövsümün sonunda birdəfəlik transfer olunmasına imkan verən satınalma bəndi də daxil edilib.
Həm sol müdafiəçi, həm də sol cinah yarımmüdafiəçisi kimi çıxış edə bilən Qosens bununla yenidən Almaniya Bundesliqasına qayıdıb.
Xatırladaq ki, Robin Qosens 2024-cü ilin yayından “Fiorentina”da çıxış edirdi. O, Florensiya təmsilçisinin heyətində 77 oyuna çıxıb, 12 qol vurub, 13 məhsuldar ötürmə verib.
Qosens daha öncə “Vitess”, “Herakles Almelo”, “Dordrext”, “Atalanta”, “İnter”, “Union Berlin” kimi klubların da formasını geyinib. O, 2020-ci ildə debüt etdiyi Almaniya millisinin heyətində 24 matça çıxıb, 2 qol və 5 assistlə yadda qalıb.



