De la Fuente: “Bu, ispanların qürur duyduğu futbolçular nəslidir”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının finalında Argentinaya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, İspaniya əlavə vaxtda Ferran Torresin 106-cı dəqiqədə vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Görüşün son dəqiqələrində Entso Fernandesin qırmızı vərəqə alması səbəbindən Argentina oyunu azlıqda başa vurub.

De la Fuente bildirib ki, finalın taleyi daha erkən həll oluna bilərdi:

“Düşünürəm ki, finalın nəticəsi daha tez müəyyənləşməli idi. Rəqib qapıçının möhtəşəm qurtarışları bizə daha erkən qalib gəlməyə imkan vermədi. Amma bu, dünya çempionatının finalıdır. Hətta üstünlüyə malik olsan belə, dözməli, əziyyət çəkməli və sona qədər mübarizə aparmalısan”.

İspaniyalı mütəxəssis komandasının turnirdəki çıxışından qürur duyduğunu qeyd edib:

“Biz bu turnirdə hər şeyi qazandıq və bu, möhtəşəmdir. Bu, İspaniyanın qürur duyduğu futbolçular nəslidir. Birlikdə biz daha güclüyük”.

Qeyd edək ki, İspaniya Argentina üzərində qələbə qazanaraq tarixində ikinci dəfə dünya çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: