Ötən gecə dünya çempionatının (DÇ-2026) qalibi olan İspaniya millisi futbol tarixində ən uzun məğlubiyyətsiz oyunlar seriyasına sahib olub.
Arena.az xəbər verir ki, çempionatının finalında Argentina üzərində 1:0 hesablı qələbə qazanan İspaniya yığması ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 38 matça çatdırıb.
İspanların bu seriyası 2024-cü ilin martından davam edir. Bu göstəriciyə penaltilər seriyası ilə başa çatmış görüşlər və yoldaşlıq oyunları daxil edilmir.
Bununla da İspaniya əvvəlki rekordu yeniləyib. Daha əvvəl rekord İtaliya millisində idi. Roberto Mançininin rəhbərliyi altında çıxış edən İtaliya yığması 2018-2021-ci illər arasında 37 oyun ərzində məğlub olmamışdı.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.


