DÇ-2026-da qazandığı çempionluqdan sonra İspaniya millisi Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinqində birinci pilləyə yüksələcək.
Arrena.az xəbər verir ki, mundialdakı uğurdan sonra İspaniyanın aktivində 1995 reytinq xalı olacaq.
Bununla da ispanlar dünya çempionatına qədər reytinqə başçılıq etmiş Argentina millisini (1970 xal) geridə qoyacaqlar.
FIFA reytinqinin ilk üçlüyünü isə Fransa millisi tamamlayacaq. Dünya çempionatını dördüncü pillədə başa vurmuş fransızların hesabında 1948 xal olacaq.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Həlledici görüşdə yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub. Nəticədə DÇ-2022-nin qalibi olmuş Argentina milli komandası titulunu qoruya bilməyib.


