Rudi Qarsiya Belçika millisindən ayrıldı

Fransalı futbol mütəxəssisi Rudi Qarsiya 2025-ci ilin yanvar ayından rəhbərlik etdiyi Belçika milli komandasının baş məşqçisi postunu tərk edib.

Arena.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında müqavilənin müddəti uzadılmayacaq. 62 yaşlı fransalı mütəxəssisin hazırkı sözləşməsi iyulun sonunda başa çatacaq.

Rudi Qarsiya 2025-ci ilin yanvarından Belçika millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında 1/4 finala yüksəlib. Belçikalılar həmin mərhələdə sonradan dünya çempionu olan İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Belçika millisi Rasiyanın rəhbərliyi altında bütövlükdə 20 oyuna çıxıb, 12 qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Fransız mütəxəssis karyerası ərzində “Əl-Nəsr”, “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Roma”, “Lill”, “Le Man”, “Dijon”, “Sent Etyen”, “Napoli” kimi komandalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: