Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) prezidenti Alexandro Dominqes DÇ-2030-un 64 yığmanın iştirakı ilə keçiriləcəyini açıqlayıb.
Arena.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Dominqesin sözlərinə görə, bu format dünya çempionatının 100 illik yubileyinə layiq bayram olacaq.
2030-cu il mundialına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Turnirin açılış oyunları isə Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.
Qeyd edək ki, dünya çempionatında ilk dəfə 2026-cı ildə 48 komanda iştirak edib. Bundan əvvəl isə 1998–2022-ci illərdə turnirdə 32 yığma mübarizə aparırdı.
KONMEBOL dünya çempionatının iştirakçı sayının 64 komandaya çatdırılması təşəbbüsünü dəstəkləyir.
Hazırda FİFA tərəfindən DÇ-2030-un rəsmi olaraq 64 komandanın iştirakı ilə keçiriləcəyi təsdiqlənməyib. Alexandro Dominqes bu barədə açıqlama versə də, yekun qərarı FİFA qəbul edəcək.


