Futbol üzrə Argentina milli komandasının təcrübəli müdafiəçisi Nikolas Otamendi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bununla bağlı vida müraciətində komanda ilə keçdiyi yolla hər zaman qürur duyacağını bildirib.
Otamendinin sözlərinə görə, bu kollektiv heç vaxt inamını itirməyib, son dəqiqəyədək mübarizə aparıb və ölkəsinin rənglərini ürəklə qoruyub.
Təcrübəli müdafiəçi 2026-cı il dünya çempionatında 4 oyunda meydana çıxıb.
Nikolas Otamendi 2009-cu ildə debüt etdiyi Argentina milli komandasının heyətində ümumilikdə 139 matç keçirib. O, bu oyunlarda 8 qol vurub, 3 məhsuldar ötürmə verib. Müdafiəçi yığma ilə 2022-ci ildə dünya çempionu olub, həmçinin Amerika Kubokunu iki dəfə – 2021 və 2024-cü illərdə qazanıb.
Hazırda “River Pleyt”in formasını geyinən Otamendi klub karyerası ərzində “Veles Sarsfild”, “Portu”, “Valensiya”, “Atletiko” (Mineyro), “Mançester Siti” və “Benfika” kimi komandaların uğurları üçün çalışıb.


