Aladji Bamba “Monako”nu “Nyukasl”a dəyişdi

“Monako”nun fransalı dayaq yarımmüdafiəçisi Aladji Bamba bundan sonra İngiltərənin “Nyukasl” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

20 yaşlı fransalı dayaq yarımmüdafiəçisi ilə 5 illik (2031-ci ilin yayına qədər) müqavilə imzalanıb. O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.

İngiltərə klubu bu transfer üçün “Monako”ya 35,5 milyon avro ödəyib.

Aladji Bamba “Monako”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında 2025-ci ilin avqust ayında debüt edib. Futbolçu həmin vaxtdan etibarən bütün turnirlərdə 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bamba Fransanın U-18, U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: