Luka Erlayn “Bayer”də

Almaniyanın “Hoffenhaym” klubunun sağ cinah müdafiəçisi Luka Erlayn bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Bayer” almaniyalı futbolçunun transferi üçün “Hoffenhaym”a 2 milyon avro təzminat ödəyib. 19 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulmuş 4 illik müqavilə imzalanıb.

Luka Erlayn “Hoffenhaym”ın öz yetirməsidir. Gənc futbolçu bu klubun əsas komandasında cəmi 1 oyun keçirib. Erlaynın “Bayer”də də bir müddət gənclərdən ibarət komandada çıxış etməsi ehtimal olunur.

Daha öncə U-15, U-16 və U-18-də də forma geyinmiş futbolçu hazırda Almaniyanın U-19 millisinin üzvüdür.

“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: