Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (11-ci qran-pri) həlledici yarışı baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Macarıstandakı Hunqarorinq avtodromunda təşkil olunub.
Macarıstan qran-prisində Böyük Britaniyanın “Maklaren” komandasının pilotu Lando Norris hamıdan sürətli olub. O, 70 dövrədən ibarət yarışı birinci pillədə başa vurub. Bu, britaniyalı pilotun cari mövsümdə ilk qələbəsidir.
“Red Bull” komandasının dördqat dünya çempionu Maks Ferstappen qalibdən 15,080 saniyə geri qalaraq ikinci olub. “Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli isə 18,728 saniyə fərqlə üçüncü yeri tutub.
Oskar Piastri, Serxio Peres və Valtteri Bottas yarışı başa vura bilməyiblər. Norris yarışa poul mövqeyindən başlayıb, Piastri isə finişə 13 dövrə qalmış texniki problem səbəbindən mübarizəni dayandırıb.
Beləliklə, geridə qalmış 11 mərhələdən sonra Kimi Antonelli 219 xalla vahid liderdir. İkinci yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (169) qərarlaşıb. “Mersedes”in digər pilotu Corc Rassel (160) ilk üçlüyü qapayır.
Mühəndislər Kubokunda “Mersedes” 379 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 307 xalla ikinci, “Maklaren” isə 220 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 12-ci qran-prisi Niderlandda keçiriləcək. Bu yarış avqustun 23-də təşkil olunacaq.
Formula 1 üzrə dünya çempionatı, 2026
Pilotların yarışında turnir cədvəli:
- Kimi Antonelli (Mersedes) – 219
- Luis Hamilton (Ferrari) – 169
- Corc Rassell (Mersedes) – 160
- Şarl Lekler (Ferrari) – 138
- Lando Norris (Maklaren) – 128
- Maks Ferstappen (Red Bull) – 109
- Oskar Piastri (Maklaren) – 92
- İsak Hacar (Red Bull) – 68
- Liam Louson (Rasinq Bulls) – 43
- Pyer Qasli (Alpin) – 42
- Arvid Linblad (Rasinq Bulls) – 23
- Franko Kolapinto (Alpin) – 19
- Oliver Berman (Haas) – 18
- Qabriel Bortoleto (Audi) – 10
- Karlos Sayns (Uilyams) – 6
- Aleksander Albon (Uilyams) – 5
- Esteban Okon (Haas) – 3
- Niko Hulkenberq (Audi) – 2
- Fernando Alonso (Aston Martin) – 1
- Serxio Peres (Kadillak) – 0
- Valtteri Bottas (Kadillak) – 0
- Lens Stroll (Aston Martin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Mersedes – 379
- Ferrari – 307
- Maklaren – 220
- Red Bull – 177
- Rasinq Bulls – 66
- Alpin – 61
- Haas – 21
- Audi –12
- Uilyams – 11
- Aston Martin – 1
- Kadillak – 0


