İvan Senin “İmişli”də!

“Şimal”ın Kot-d’İvuardan olan dayaq yarımmüdafiəçisi İvan Senin bundan sonra Azərbaycanın digər klubu “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.

Əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən İvan Senin karyerası ərzində “Abican Siti” və “Sportinq”in (Portuqaliya) U-19 komandasında da çıxış edib. O, bu ilin yanvar ayından Azərbaycanın “Şimal” klubunun uğurları üçün çalışırdı.

“İmişli” bu yay Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə və Yusif İmanovu da heyətinə qatmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə imzalanıb. Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas, Andrey Sinenka və Ezekiel Morqan isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: