Pyetro Komutso “Fiorentina”nı “Torino”ya dəyişdi

Futbol üzrə İtaliya milli komandasının və “Fiorentina”nın müdafiəçisi Pyetro Komutso bundan sonra “Torino”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 21 yaşlı mərkəz müdafiəçisini 2026/2027-ci illər mövsümünün sonuna qədər icarəyə götürüb. “Torino”un yaydığı məlumatda o da vurğulanır ki, tərəflər arasında imzalanan müqaviləyə mövsüm başa çatdıqdan sonra futbolçunun transfer hüquqlarının tam alınmasına imkan verən satınalma opsiyası da daxil edilib.

Gənc yaşına baxmayaraq, Pyetro Komutso artıq A Seriyasında kifayət qədər təcrübə toplayıb. O, “Fiorentina”nın heyətində İtaliya çempionatında 64 oyunda meydana çıxaraq 2 qol vurub.

Müdafiəçinin sabit çıxışı onu İtaliya millisinin də diqqət mərkəzinə gətirib. Hazırda Komutsonun əsas millinin heyətində 2 oyunu var.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: