İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon Andrea Pirlonun milli komandaya baş məşqçi təyin olunmaması ilə bağlı vəziyyəti tənqid edib.
Arena.az xəbər verir ki, veteran qolkiper bu barədə “La Gazzetta dello Sport”a açıqlamasında danışıb.
Buffonun sözlərinə görə, Pirlonun İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin edilməməsi ilə bağlı yaranmış vəziyyət uğursuz və yöndəmsiz şəkildə onu “qəbuledilməz” kimi təqdim etmək cəhdi olub.
Xatırladaq ki, daha əvvəl “La Gazzetta dello Sport” Pirlonun mümkün təyinatının onun Rusiya mərc şirkəti ilə müqaviləsi səbəbindən siyasi mübahisələrə səbəb olduğunu yazmışdı. Bir sıra italiyalı deputatlar mütəxəssisin həmin bukmeykerlə əlaqələrinə görə onun namizədliyinə qarşı çıxmışdılar.
“Pirlo və Rusiya bukmeykeri ilə bağlı vəziyyət siyasi xarakter daşıyırdı. Bu, onu “qəbuledilməz” kimi damğalamaq üçün yöndəmsiz və uğursuz cəhd idi”, – deyə ötənlərin məşhur qapıçısı bildirib.
Xatırladaq ki, Buffon və Pirlo uzun illər İtaliya millisində, eləcə də “Yuventus”da komanda yoldaşı olublar.


