Futbol üzrə Türkiyə milli komandasının və “Mançester Yunayted”in qapıçısı Altay Bayındır İngiltərə klubundan ayrılaraq “Selta”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.
28 yaşlı qapıçı La Liqa təmsilçisində icarə əsasında çıxış edəcək. İcarə müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Altay Bayındır 2023-cü ildən “Mançester Yunayted”də çıxış edirdi. İngiltərə klubu onu “Fənərbağça”dan 5 milyon avroya transfer etmişdi. Həmin vaxt 25 yaşlı qapıçı ilə 4+1 illik müqavilə imzalanmışdı.
Türkiyənin “Bursaspor” klubunun yetirməsi olan Altay Bayındır peşəkar karyerasına “Ankaragücü” komandasında başlayıb. O, “Fənərbağça”ya da 2019-cu ilin yayında məhz Ankara klubunda keçib.
Bayındır 2021-ci ilin may ayında debüt etdiyi Türkiyə yığmasında 12 oyun keçirib.
“Transfermarkt” internet-portalı 25 yaşlı türkiyəli qapıçının transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.



