Maraş Kumbulla “Roma”nı “Rayo Valyekano”ya dəyişdi

İtaliyanın “Roma” klubunun albaniyalı mərkəz müdafiəçisi Maraş Kumbulla 2026/2027-ci illər mövsümünü də İspaniyada keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbut xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi İspaniyanın “Rayo Valyekano” komandasına icarəyə verilib. Tərəflər arasında 1 mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, Kumbulla əvvəlki mövsümləri də icarə əsasında İspaniyanın digər klubları “Espanyol” və “Malyorka”da keçirib.

Maraş Kumbulla “Verona”nın yetirməsidir. “Roma” onu bu klubdan 26,5 milyona transfer edib. Müdafiəçi “canavarlar”ın əsas komandasında 68 oyuna çıxıb, 4 qol vurub. “Roma” Kumbullanı daha öncə “Sassuolo”ya da icarəyə verib. Futbolçunun İtaliya klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Maraş Albaniya yığmasında 26 oyun keçirib, fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: