Madrid “Atletiko”sunun və Argentina millisinin yarımmüdafiəçisi Tyaqo Almada bundan sonra karyerasını ölkəsində davam etdirəcək.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu “River Pleyt”ə keçib.
Bu barədə Argüntina klubunun mətbuat xidməti məlumat yayıb.
2022-ci il dünya çempionu ilə 3,5 illik müqavilə imzalanıb. Transferin məbləği 20 milyon avro təşkil edib. Bu keçid Almadanı Argentina futbolu tarixinin ən bahalı transferi edib.
Bununla yanaşı, Madrid klubu gələcək üçün özünü sığortalayıb. Razılaşmaya “Atletiko”nun 2027-ci ilin dekabrına qədər aktivləşdirə biləcəyi 40 milyon avroluq geri satınalma bəndi daxil edilib.
Qeyd edək ki, Tyaqo Almada 2025-ci ilin yayından “Atletiko”nun formasını geyinirdi. Hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Madrid klubunun heyətində bütün rəsmi turnirlərdə 40 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 20 milyon avro qiymətləndirir.


