Premyer Liqa: 2026/27 mövsümünün ilk turunun oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Premyer Liqanın 2026/2027-ci illər mövsümünün 1-ci turunun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni (tam versiya) ilə başlanacaq.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini, “Kəpəz” klubunun rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən klublar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.

Eyni zamanda “Sumqayıt” – “Neftçi” matçı da Mehdi Hüseynzadə adına şəhər stadionuna yox, “Sumqayıt Arena”ya təyin edilib.

Premyer Liqa
1-ci tur
14 avqust

“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 19:30.

15 avqust

“Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu, 18:30.

“Sabah” – “Kəpəz”
“Masazır Arena”, 20:45.

16 avqust

“Sumqayıt” – “Neftçi”
“Sumqayıt Arena”, 19:00.

“Zirə” – “Şəfa”
Zirə İdman Kompleksinin stadionu, 21:00.

17 avqust

“Qarabağ” – “Şamaxı”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: