“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı

“Sabah” və “Qarabağ”ın futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2-ci turu çərçivəsində keçirəcəyi oyunlar təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azərbaycanı müvafiq olaraq UEFA Çempionlar Liqasında və Avropa Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

Premyer Liqa
2-ci tur

22 avqust

18:30. “Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu.

20:45. “Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu.

23 avqust

18:30. “Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu.

20:45. “Neftçi” – “Araz-Naxçıvan”
“Neftçi Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: