“Neftçi” 13 və 25 illik həsrətinə son qoydu

Son mövsümlərdə uğursuz nəticələri ilə diqqət mərkəzində olan “Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub.

Arena.az xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlamış Bakı klubu 2026/2027-ci illər mövsümünün 1-ci turunda “Sumqayıt”a qalib gəlib – 3:1.

“Ağ-qaralar” sonuncu dəfə 2022/2023-cü illər mövsümünə qələbə ilə başlamışdılar. Həmin vaxt bu komanda səfərdə “Şamaxı”nı 1 qolla məğlub etmişdi.

“Neftçi”nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014-cü illər mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunmuşdu – 4:1.

“Ağ-qaralar” startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdılar. 2001/2002-ci illər mövsümündə “Ümid”in qonağı olan paytaxt komandası 4 cavabsız qolla qalib gəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: