İtaliyanın “Kalyari” klubunun 20 yaşlı hücumçusu Yael Trepi hovuzda baş verən insidentdən sonra xəstəxanaya yerləşdirilib.
Arena.az bu barədə “Unione Sarda”ya istinadən xəbər verir.
Fransalı futbolçu bazar günü axşam saatlarında hovuzda olarkən huşunu itirib. Boğulma təhlükəsi keçirən Trepi təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, futbolçu xəstəxanaya helikopterlə aparılıb və hazırda reanimasiya şöbəsində müalicə olunur. Onun səhhəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Yael Trepi “Kalyari”nin yetirməsidir. Gənc hücumçu 2026-cı ilin fevralından klubun əsas komandasında çıxış edir. O, ötən mövsüm “Kalyari”nin heyətində 8 rəsmi matça çıxıb və 1 qol vurub.


