AFFA Səbuhi Abdullazadəni 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın 2026/2027 mövsümünün ilk turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 1-ci tur

“Sumqayıt” – “Neftçi” oyununun 74-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 3000 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib.

“Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügüdən klub 700 manat cərimə edilib.

Qeyd edək ki, bunlar İntizam Komitəsinin 2026/2027-ci illər mövsümü ilə bağlı açıqladığı ilk cəzalardır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: