Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Tvente” – “Qarabağ” oyununun başlama saatı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu komandalar arasındakı ilk qarşılaşma avqustun 20-də Enshede şəhərindəki “Qrols Veste” stadionunda təşkil ediləcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Cavab oyunu isə avqustun 27-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 20:00-da səslənəcək.
Xatırladaq ki, “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”sunu (Ukrayna) mübarizədən kənarlaşdıraraq (0:1, 2:0) pley-offa yüksəlib. “Tvente” isə ötən raundda Slovakiyanın “Dunayska Streda” kollektivindən güclü olub – 6:0, 3:3.
Pley-off mərhələsində qalib gələcək tərəf Konfrans Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq. Məğlub olan tərəf üçün isə avrokubok mövsümü başa çatacaq.


