“Qarabağ” “Tvente”yə səfərdə qalib gəldi!

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” bu gün sözügedən turnirin 2026/27 mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində Niderlandın “Tvente” komandası ilə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk qarşılaşma Enshede şəhərində təşkil edilib. Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Yucin Caya olub.

Azərbaycanı uzun illərdir avrokubokların qrup və liqa mərhələsində təmsil edən “Qarabağ” bu il də oxşar uğuru təkrarlamaq üçün “Tvente” səddini keçməyə borcludur. Əks halda Ağdam klubunun uğurlu seriyası bu il qırıla bilər. Qurban Qurbanovun komandası çətin səfərdən qələbə ilə qayıtmaqla uğurunun davamını gətirməyə çox yaxındır. Daha çətin tapşırığın öhdəsindən layiqincə gəlmiş Ağdam təmsilçisi evdə bu üstünlüyünü qoruya bilsə, yenə avrokubokların əsas mərhələsində çıxışını davam etdirəcək.

Xatırladaq ki, bu komandaların cavab görüşü gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunu

20 avqust

Tvente – Qarabağ 0:1
Qol: Kadi Borges, 52.
Hakimlər: Yucin Caya, Reydi Avdo, Mario Şazivari, Emanuela Rusta (hamısı Albaniya).
Enshede. “Tvente” stadionu.

Tvente: 1. Lars Unnerstal, 3. Robin Pröpper (k), 6. Ramiz Zerruki, 7. Marko Pyaça, 9. Vout Veqhorst, 11. Daan Rots, 27. Sondre Oryaseter, 28. Bart van Roy, 29. Aske Adelqor, 42. Dauda Veydmann, 43. Rud Neystad.
Ehtiyat oyunçular: 16. Yoel Drommel, 22. Remko Pasver, 4. Matias Kyolo, 10. Sam Lammers, 12. Gilyerme Peyşoto, 14. Kristian Hlinsson, 17. Filip Torvaldsen, 19. Yunes Taha, 20. Van Den Belt, 24. Kristof Kurovski, 25. Venneqor of Hesselink, 38. Maks Bruns.
Baş məşqçi: Con van den Brom.

Qarabağ: 23. Martin Zlomisliç, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 55. Bədavi Hüseynov (k), 88. Samuel Lobato.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: