Premyer Liqa: “Neftçi”nin oyunu Əhmədova tapşırıldı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Turan Tovuz” – “Şamaxı” matçının idarəçiliyi Rauf Cabbarova, “Neftçi” – “Araz-Naxçıvan” oyunu isə Rəşad Əhmədova həvalə olunub.

Xatırladaq ki, “Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın “Kəpəz”lə görüşləri avrokubok oyunları ilə əlaqədar olaraq təxirə salınıb.

Premyer Liqa
2-ci tur

22 avqust

Qəbələ – Şəfa
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

Zirə – İmişli
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 20:45.

23 avqust

Turan Tovuz – Şamaxı
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı.
VAR: Vüqar Həsənli.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 18:30.

Neftçi – Araz-Naxçıvan
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena” 20:45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: