Kenan Yıldız azı 3 ay oynamayacaq

Futbol üzrə Türkiyə milli komandasının və “Yuventus”un cinah hücumçusu Kenan Yıldız uzun müddətə sıradan çıxıb.

Arena.az xatırladır ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu A Seriyasının 1-ci turunda “Frozinone” ilə matçda (1:0) sıradan çıxıb. Onun sol ayağının pəncəsində sınıq aşkarlanıb. Yıldız görüşün 69-cu dəqiqəsində əvəzlənib. Onun yerinə Jeremi Boqa meydana daxil olub. Müayinənin nəticələrinə əsasən, futbolçu əməliyyat olunmalıdır. Bərpa müddətinin təxminən 3 ay çəkəcəyi gözlənilir.

Xatırladaq ki, Kenan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu meydana çıxdığı 132 oyunda 27 qola imza atıb, 21 məhsuldar ötürmə verib.

Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 31 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı türk hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: