İngiltərənin “Brayton” klubunun yarımmüdafiəçisi Karlos Baleba bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “qırmızı qaralar”ın mətbuat xidməti məlumat yayıb.
“Mançester Yunayted” bu transfer üçün 75,9 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Xatırladaq ki, “Brayton” Balebanı 2023-cü ilin yayında 27 milyon avro müqabilində Fransanın “Lill” klubundan transfer etmişdi. O, bu komandanın heyətində 112 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
Karlos Baleba peşəkar karyerasına məhz “Lill”də başlayıb. O, bu komandanın heyətində bütövlükdə 23 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Baleba 2024-cü ildən formasını geyindiyi Kamerun yığmasında 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


