“Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Niko Qonsales bundan sonra İngiltərənin digər klubu “Nyukasl”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Nyukasl”ın rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi bu transfer üçün “Mançester Siti”yə 56 milyon avro ödəyib. 24 yaşlı ispan futbolçu yeni klubu ilə uzunmüddətli müqaviləyə imza atıb. Amma müddət və digər detallar açıqlanmayıb.
Tam adı Nikolas Qonsales İqlesias olan yarımmüdafiəçi İspaniya nəhəngi “Barselona”nın yetirməsidir. “Valensiya”da da oynamış ispan futbolçu 2023-cü ildən “Mançester Siti”yə keçənə qədər “Portu”da çıxış edib. O, İngiltərə klubuna 2025-ci ilin fevralında 60 milyon avro müqabilində qoşulmuşdu. Futbolçu “Mançester Siti”nin heyətində meydana çıxdığı 59 oyunda 4 qol vurub.
Niko Qonsales İspaniyanın U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.



