Liam Delap “Çelsi”dən ayrıldı, “Nottingem Forest”ə keçdi

İngiltərəli hücumçu Liam Delap “Çelsi”dən ayrılıb və bundan sonrakı karyerasını “Nottingem Forest” klubunda davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsi 5 il üçün nəzərdə tutulub. Britaniya mətbuatının yaydığı məlumata görə, transferin məbləği 45 milyon funt sterlinq (52,5 milyon avro) təşkil edib. Daha 5 milyon funt bonuslar şəklində ödənilə bilər. Bu keçid “Nottingem Forest” tarixində ən bahalı transfer olub.

Liam Delap 2025-ci ildən “Çelsi”nin formasını geyinirdi. “Zadəganlar” həmin vaxt onu “İpsviç Taun”dan 33,5 milyon avro müqabilində transfer etmişdilər. London klubunun heyətində çıxış etdiyi müddətdə 47 oyunda meydana çıxmış hücumçu 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Liam “Mançester Siti”nin məzunudur. Hücumçu, karpyerası ərzində “Stok Siti”, “Preston Nort End”, “Hall Siti” və “İpsviç Taun”da oynayıb.

Delap İngiltərənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarına dəvət alsa da, “üç şir”in əsas heyətinə cəlb edilməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: