Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, turnirin püşkü bu gün Monakoda atılıb.
Püşk öncəsi iştirakçı 36 komanda dörd səbətə bölünmüşdülər. Hər komanda üçün hər səbətdən iki olmaqla səkkiz rəqib seçilib.
Ümumi mərhələdə hər komanda səkkiz oyun keçirəcək. Komandalar dörd matçı evdə, dördünü isə səfərdə oynayacaq.
Püşkdə Türkiyənin “Beşiktaş” komandasının da rəqibləri bəlli olub. İstanbul təmsilçisi əsas mərhələdə “Olimpik” (Marsel, Fransa), “Union” (Belçika), “Kristal Pelas” (İngiltərə) və “Hapoel”lə (Beer Şeva, İsrail) öz meydanında qarşılaşacaq. “Qara qartallar” həmçinin “Bayer”, “Hoffenhaym” (hər ikisi Almaniya), “Seltik” (Şotlandiya), “Omoniya” (Kipr) ilə səfərdə üz-üzə gələcək.
Qeyd edək ki, Avroliqada əsas mərhələnin oyunlarına sentyabrın 16-da start veriləcək.
Püşkatmanın ümumi nəticələri ilə aşağıda tanış ola bilərsiniz.






