“Atalanta”nın niderlandlı dayaq yarımmüdafiəçisi Marten De Ron bundan sonra İtaliyanın digər klubu “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Roma”nın rəsmi saytına istinadən xəbər verir.
Paytaxt klubu bu keçid üçün qarşı tərəfə 1 milyon avro ödəyib. 35 yaşlı futbolçu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Marten De Ron peşəkar karyerasına Niderlandın “Sparta” (Rotterdam) klubunda başlayıb. “Herenven” və “Midlsbro”da da oynamış təcrübəli yarımmüdafiəçi 2015/2016-cı illər mövsümündə də formasını geyindiyi “Atalanta”ya 2017-ci ilə qayıtmışdı. O, uzun illərdir şərəfini qoruduğu Berqamo təmsilçisinin heyətində 445 oyuna çıxıb, 23 qol vurub, 32 məhsuldar verib.
2016-cı ildə Niderland yığmasında debüt etmiş yarımmüdafiəçi millinin heyətində 44 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, millinin heyətində DÇ-2022 və DÇ-2026-nın iştirakçısı olub.
“Transfermarkt” internet-portalı 35 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,2 milyon avro məbləğində qiymətləndirir.


