Artur Teate yenidən “Bolonya”da!

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun belçikalı müdafiəçisi Artur Teate bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Belçika millisinin 26 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına qədər icarəyə götürülüb. Müqavilədə A Seriyası klubunun oyunçunun transfer hüquqlarını sonradan satın almaq şərti də var.

Artur Teate 2021/2022-ci illər mövsümündə də “Bolonya”da icarədə olub. Həmin vaxt o, İtaliya komandasının heyətində 31 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Teate Belçikanın “Genk” və “Standard” (Lyej) klublarının yetirməsi hesab olunur. “Ostende” və “Renn”də də forma geyinmiş belçikalı futbolçu 2025-ci ilin fevralında Liqa 1 təmsilçisindən “Ayntraxt”a keçib. Belçikalı oyunçu Frankfurt klubunun heyətində 75 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Artur Belçikanın aşağı yaş qrupları üzrə müxfəlif yığmalarında oynayıb. 2021-ci ildən əsas millidə çıxış edən müdafiəçi 36 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: