Almaniyanın “Borussiya” (Dortmund) komandasının yeni transferi Yannis Konstantelias bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Arena.az xəbər verir ki, 22 yaşlı yunan futbolçu Almaniya Bundesliqasının 2026/2027-ci illər mövsümünün ilk turunda “Hamburq”la (2:0) matçda dizindən ağır zədə alıb.
Qeyd edək ki, bu qarşılaşma Konstantelias üçün Dortmund klubunun heyətində cəmi ikinci oyun olub.
“Borussiya”nın mətbuat xidməti futbolçunun sol dizinin ön çarpaz bağlarının cırıldığını açıqlayıb. Onun bərpasının bir neçə ay çəkəcəyi və mövsümün böyük hissəsini buraxacağı gözlənilir.
Xatırladaq ki, Yannis Konstantelias bu yay Yunanıstanın PAOK klubundan “Borussiya”ya keçib. Dortmund təmsilçisi transferə görə 26 milyon avro ödəyib. Müqavilədə əlavə olaraq 6 milyon avroya qədər bonusların nəzərdə tutulduğu bildirilir.


