Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə debütant “Amedspor”la qarşılaşmış “Trabzonspor” məğlubiyyətə üzülüb. “Beşiktaş” isə doğma meydanda “Çorum”u 6:2 hesabıyla məğlub edib.
Beləliklə, geridə qalmış 3 turdan sonra 7 xala malik “Qalatasaray”la “Gənclərbirliyi” şərikli liderlik edirlər. “Beşiktaş”, “Fənərbağça”, “Amedspor”, “Kocaelispor” və “Rizəspor” isə 6 xal toplayıblar.
Türkiyə, Super Liqa
3-cü tur
28 avqust
Gənclərbirliyi – Ərzurumspor 1:1
29 avqust
Konyaspor – Kocaelispor 1:2
Qalatasaray – Göztəpə 3:2
Qaziantep – Rizəspor 1:2
30 avqust
Eyüpspor – Alanyaspor 2:1
Başakşəhər – Kasımpaşa 1:1
Samsunspor – Fənərbağça 0:2
31 avqust
Amedspor – Trabzonspor 2:1
Beşiktaş – Çorum 6:2


