UEFA Gənclər Liqası: “Sabah” üçün MY, “Barselona” və…

“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, Bakı təmsilçisi bu turnirdə “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Vikinq” (Norveç), “Barselona” (İspaniya) və “Vilyarreal”ın (İspaniya) gənclərdən ibarət kollektivləri ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində yarışacaq əsas komandadan fərqli olaraq, “Sabah” və digər 35 klub Gənclər Liqasının Liqa mərhələsində 8 yox, 6 oyun keçirəcək. Belə ki, İngiltərənin “Arsenal” və İtaliyanın “Napoli” kollektivləri “bayquşlar”ın ÇL-dəki rəqibləri sırasında olsa da, gənclərdən ibarət komandalar Azərbaycan təmsilçisi ilə görüşməyəcəklər.

“Sabah”ın oyunlarının təqvimi belədir:

10 sentyabr: “Mançester Yunayted” – “Sabah”

13 oktyabr: “Sabah” – “Slaviya”

20 oktyabr: “Sabah” – “Borussiya” (Dortmund)

4 noyabr: “Vikinq” – “Sabah”

25 noyabr: “Sabah” – “Barselona”

8 dekabr: “Vilyarreal” – “Sabah”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: